Dünən 29 nəfər şübhəli şəxs saxlanıldı

OXUNUB: 522 HADİSƏ

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 112 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  İcmal.Az-a verilən məlumata görə, onların da 23-ü "isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

İcmal.Az

RƏYLƏR