Əfqanıstanın paytaxtı Kabildə ard-arda iki partlayış baş verib.
Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin Mətbuat katibinin müavini Əhməd Ziya məlumat yayıb.
Partlayış mülki şəxsləri daşıyan iki mikroavtobusda törədilib. Nəticədə 7 nəfər ölüb, 6-sı isə yaralanıb.
Qeyd edək ki, məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.