Əfqanıstanda NATO hərbçiləri terrorçunun hücumunə məruz qaldı — 8 ölü, 28 yaralı + VİDEO

OXUNUB: 1064 DÜNYA
Əfqanıstanın paytaxtı Kabul şəhərində teror hadisəsi baş verib.


İcmal.Az xəbər verir ki, terrorçular bu dəfə NATO-nun hərbçilərinə hücum təşkil ediblər. Mayın 6-da səhər saatlarında terrorçu üzərinə partlayıcı bağlayaraq, NATO hərbçilərinin olduğu maşına yaxınlaşıb və özünü partladıb.

"Canlı bomba”nın törətdiyi partlayış nəticəsində zirehli avtomobildə olan 3 NATO hərbçisi ağır yaralanıb.
Bundan başqa, zərbənin gücündən kənardakı avtomobillər də partlayıb. Nəticədə ətrafda olan dinc əhalidən 8 nəfəri ölüb, 25 nəfəri yaralanıb. Partlayış nəticəsində terrorçunun cəsədi parçalanaraq ətraf ərazilərə səpələnib.

"Bu gün səhər saatlarında Kabuldə NATO hərbçiləri terrorçunun hücumunə məruz qalıblar. "Canlı bomba” özünü Alyans qrupunun tərkibində fəaliyyət göstərən NATO hərbçilərinin zirehli avtomobilinin yanında partladıb. Hadisə nəticəsində 3 hərbçi yaralanıb. Dinc əhalidən isə 8 nəfər ölüb, 25 ninsan yaralanıb. Terrorçunun cəsədi parçalandığı üçün onun kimliyi barədə məlumat yoxdur”, - deyə Kabulun hüquq-mühafizə orqanlarının "Twitter” səhifəsində bildirilib.

Hadisə nəticəsində ağır yaralanan NATO hərbçiləri xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.
 
İcmal.Az
 


 


RƏYLƏR