Çəkisinə görə tənqid edilən Fərda arıqladı - Foto

OXUNUB: 855 ŞOU-BİZNES

Aktyor Fərda Xudaverdiyev son günlər xeyli çəki almışdı.

İcmal.Az-ın məlumatına görə, aktyor paylaşdığı görüntülərdə hər zaman izləyiciləri tərəfindən tənqid edilib. 
Ötən gün isə Fərda yeni görünüşü ilə izləyicilərini təəccübləndirib. 

 

O, yeni fotosunu paylaşaraq, 9 kiloqram arıqladığını bildirib:

 

"Söz verdiyim kimi, ilk 10 günlük nəticəmi sizinlə paylaşıram. 3 kiloqram çəki atdım və 6 kiloqram daxili piy əriyib”.

F.Xudaverdiyev pəhriz və dərmanlar vasitəsilə arıqladığını bildirib.

İcmal.Az

RƏYLƏR