7NEWS.az xəbər verir ki, son illər Azərbaycanda fəaliyyət göstərən bəzi məmurların ailə üzvlərinin adı dünyaca məşhur kazinolarla hallanır. Saytımız məlumat verir ki, belə bir məmurlardan biri də Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyevdir. Bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məlumat verib: "Ölkəmizi dünyanın ən müxtəlif kazinolarda tanıdan məşhur qumarbazlar - Sıralama udduqları pulların məbləğinə görə müəyyən edilib. İlk yeri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu Ramin Hacıyev (indiyədək üst-üstə 3 milyon 267 min 653 dollar udub), 6-cı yeri isə digər oğlu Rüstəm Hacıyev tutur. Siyahıda 58-ci sırada olan Sarkis Tərtəryan adlı ermənini də azərbaycanlı kimi siyahıya salıblar."
Mövzunu davam etdirəcəyik.
7NEWS.az