Qurban Qurbanovu və "Qarabağ"ı SOCAR "söydürür" - İDDİA

OXUNUB: 1115 Özəl index-manşet İQTİSADİYYAT

7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Ruslan Bəşirli paylaşım edib: "Sizə bir söz deyimmi? Sonucda yenə də Avrokuboklarda "Qarabağ" uğur qazanacaq və bu gün nankorcasına Qurban Qurbanovu söyənlər, onun necə böyük futbol mütəxəssisi olmasından yazacaqlar. Ona görə də siz siz olun, nəyə gedirsiniz gedin, "tırkaya" getməyin. Öz-özünüzə sual verin. SOCAR-ın maliyyə dəstəyi, AFFA-nın maliyə və mənəvi dəstəyi ilə fəaliyyət göstərən, böyük paraların xərcləndiyi və buna rəgmən avrokuboklarda 2 mərhələni belə keçə bilməyən "Neftçi" klubuna qarşı niyə heç bir irad, tənqid yoxdur? Nədən AFFA-nın trolları "Neftçi"nin uğursuzluqlarına səs çıxarmayıb, hər addımda "Qarabağ"a, Qurban Qurbanova hücum etmək üçün fürsət gözləyirlər? Ötən il də "Qarabağ" ilk oyunlarda bir az zəif çıxış edən kimi hücumlara başlamışdılar. Nəticə nə oldu? "Qarabağ" Konfrans liqasının qrup mərhələsini də aşıb "pley - off"da oynadı. İnşallah bu ildə uğurlar olacaq. Kimsə nankorluq etməsin, bu klub 10 ildir futbolu olmayan bir ölkəni Avropada yüksək formada təmsil edir. Bu klub Çempionlar Liqasının qrupuna düşüb. ÇL-nın qrupu bilirsiniz nə deməkdir? Futbolun zirvəsi deməkdir. Bu sevinci bizə "Qarabağ" yaşadıb. Kimsə unutmasın bunu..."

RƏYLƏR