İranın dini lideri Əli Xamenei açıqlama verib.
Xamenei Orta Şərqdə qeyri-sabitliyə ABŞ-ın səbəb olduğunu və İŞİD-i qurduğunu iddia edib.
Dini liderin Tvitter səhifəsində verdiyi açıqlamada deyilir: "ABŞ-ın silahlandırdığı terrorçu qruplaşma Orta Şərqdə sabitliyə səbəb olur. İŞİD-i kim yaradıb?
ABŞ! ABŞ-ın İŞİD-ə qarşı koalisiyada yer alması bir yalandır. Nəzarət edə bilməyəcəkləri bir İŞİD istəmirlər. Amma nəzarət edə biləcəkləri bir İŞİD-i qəbul edirlər".
ABŞ və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdən bəhs edən dini lider əlavə edib: "ABŞ Səudiyyə Ərəbistanının orta əsrlər rejimi ilə İrandakı insan haqlarını müzakirə edir. Demokratiyanın simvolu olan bir ölkə!"/olke.az