Elmar Məmmədov: “Ukraynada gürcülərin “Qızılgül inqilabı” baş verə bilməz”

OXUNUB: 1614 TƏHLİL

"Heç kim Ukraynada növbəti Maydan hərəkatı edə bilməz”. 7NEWS.az xəbər verir ki, bu barədə "Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın” sədri Elmar Məmmədov Ukraynada baş verən son siyasi proseslərə münasibət bildirərkən deyib: "Ölkə onsuz da Krımın işğalından sonra siyasi bərpa ərəfəsindədir. Donbasdan mütəmadi olaraq gərgin xəbərlər gəlir, hazırki iqtidar ölkə ərazisinin bərpası üçün bütün gücləri səfərbər edib. Belə bir məqamda maraqlı bir sual yaranır: Ölkəsində siyasi mövqeyini qoruyub saxlaya bilməyən, onu lazımi səviyyəyə çatdıra bilməyən birisi bunu Ukraynada edə bilərmi? Bəli, bugün Saakaşvilinin ətrafında müəyyən insanlar cəmləşib, bunu etiraf etmək lazımdır. Amma bir məqamı da unutmaq olmaz ki, bu insanlar gözlərini yumub Gürcüstanda siyasi cinəyatkarın ətrafında birləşiblər. Bu perspektivi olmayan, lokan məqsədlərə xidmət edən siyasətçinin fiaskosudur. Saakaşvilinin məqsədi zatən bəllidir: Sadə, qəlbi təmiz insanlara icrası mümkün olmayan vədlər verməklə öz ətrafına çəkmək, Ukraynanın bütün ərazilərində ixtişaşlar törətməkdən ibarətdir. Ola bilər Gürcüstanda Saakaşvili bir dəfə "Qızılgül inqilabı” edə bilib. Lakin mən əminəm ki, bu proseslərdə kifayət qədər müdrikləşmiş ukrayna xalqı provokasiyalara uymayacaqlar” – deyə Elmar Məmmədov qeyd edib.

RƏYLƏR