"Heç kim Ukraynada növbəti Maydan hərəkatı edə bilməz”. 7NEWS.az xəbər verir ki, bu barədə "Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın” sədri Elmar Məmmədov Ukraynada baş verən son siyasi proseslərə münasibət bildirərkən deyib: "Ölkə onsuz da Krımın işğalından sonra siyasi bərpa ərəfəsindədir. Donbasdan mütəmadi olaraq gərgin xəbərlər gəlir, hazırki iqtidar ölkə ərazisinin bərpası üçün bütün gücləri səfərbər edib. Belə bir məqamda maraqlı bir sual yaranır: Ölkəsində siyasi mövqeyini qoruyub saxlaya bilməyən, onu lazımi səviyyəyə çatdıra bilməyən birisi bunu Ukraynada edə bilərmi? Bəli, bugün Saakaşvilinin ətrafında müəyyən insanlar cəmləşib, bunu etiraf etmək lazımdır. Amma bir məqamı da unutmaq olmaz ki, bu insanlar gözlərini yumub Gürcüstanda siyasi cinəyatkarın ətrafında birləşiblər. Bu perspektivi olmayan, lokan məqsədlərə xidmət edən siyasətçinin fiaskosudur. Saakaşvilinin məqsədi zatən bəllidir: Sadə, qəlbi təmiz insanlara icrası mümkün olmayan vədlər verməklə öz ətrafına çəkmək, Ukraynanın bütün ərazilərində ixtişaşlar törətməkdən ibarətdir. Ola bilər Gürcüstanda Saakaşvili bir dəfə "Qızılgül inqilabı” edə bilib. Lakin mən əminəm ki, bu proseslərdə kifayət qədər müdrikləşmiş ukrayna xalqı provokasiyalara uymayacaqlar” – deyə Elmar Məmmədov qeyd edib.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Qətiyyət həqiqətdən qaynaqlanır
07.02.2024, 09:18 / Özəl, TƏHLİL -
İslahatlar davam edəcək
16.01.2024, 11:02 / KÖŞƏ, Özəl, TƏHLİL -
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
15.01.2024, 17:08 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT, TƏHLİL -
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
21.08.2023, 15:37 / Özəl, İQTİSADİYYAT, TƏHLİL -
Activity without a license in Azerbaijan, a tool for Russian citizens to evade sanctions, Freedom Broker: Freedom Finance Azerbaijan mystery
04.08.2023, 13:35 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT, TƏHLİL -
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
17.07.2023, 15:40 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT, TƏHLİL -
“Heydər Əliyev Azərbaycanın qurtuluşuna imza atan böyük şəxsiyyətdir” - DEPUTAT
14.06.2023, 16:36 / Özəl, TƏHLİL