Elxan Məmmədov İspaniya Futbol Federasiyasına sponsorluqdan danışdı

OXUNUB: 692 İDMAN

Hazırda bu məsələ ilə bağlı araşdırma davam edir. Bu gün hər şeyi açıb desək, araşdırmanı heç etmiş olarıq".

İcmal.Az Report-a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov danışılmış oyunlarda iştirak etmələri səbəbindən ömürlük futboldan uzaqlaşdırılan şəxslər barədə danışarkən deyib. O, faktla əlaqədar prokurorluğa müraciət etdiklərini bildirib: "Futbolçu qəsdən zəif oynadığını etiraf edirsə, bu, futbol qanunlarına zidd haldır. Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”.

Baş katib Azərbaycan tərəfinin İspaniya Futbol Federasiyasına sponorluq üçün 50 milyon avro ödəməyə hazır olduğu barədə AS nəşrinin yazdıqlarına da münasibət bildirib: "Xeyr, belə bir şey yoxdur. Bu, marketinq addımlarıdır. Belə edirlər ki, bizim tərəfdən də maraq yaransın. Türkiyə mətbuatında da SOCAR-ın adı hallanmışdı. Sponsorluqdansa, Premyer Liqada 10-14 komanda saxlamaq yaxşı olardı”.

İcmal.Az

RƏYLƏR