"eManat" sistemi sizi də aldada bilər: "KARTA PUL VURDUM, YOXA ÇIXDI"

OXUNUB: 863 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Bəxtiyar Hacıyev məluçat verib: "Səhər tezdən "Azərsu"yun smart-kartına ödəniş etmişəm. Sayğaca yaxınlaşdıraram kartı, yoxdur pul, gorbagor olub. Üç saatdır "eManat"ın nömrələrinə zəng edirəm, qəbullarına düşmək olmur. Bilirəm ki, problem özlərindədir, ona görə də növbələr yaranıb, danışmaq olmur operatorları ilə. Dabbaqda gönlərinə bələdəm. Handan-hana cavab verildi ki, bəs "Azərsu" sistemində ümumi problem var, ona görə də belə alınıb. Nə etməli? Ya getməliyik "Azərsu"yun müvafiq idarələrinə, ya da "ASAN Kommunal"a. Soruşuram, niyə axı? Niyə mən əziyyət çəkməliyəm? Niyə vaxtımı alırsınız? Niyə işdən icazə almalıyam? Problem sizindir, siz də düzəldin də. Deyir, belədir də, kütləvi problemdir. Zəng etdim AZERSU OJSC-yə, dedilər ki, eManat yalan danışır, problem bizdə deyil, özlərindədir. Ənənəvi bürokratiya. Bəs nə edim? Heç nə, indi getməliyəm Yasamal Sukanal İdarəsinə, kartımı verməliyəm ki, ödənişimi bərpa etsinlər.
Bu, birinci dəfə deyil, bir dəfə də başıma oyun açmışdı "eManat". Sual olunur: əgər normal xidmət göstərə bilmirsinizsə, problem çıxanda həll edə bilmirsinizsə, müştərini əziyyətə salırsınızsa, vaxtını alırsınıza, mənasız terminallarınız kimə lazımdır? Bundan sonra "eManat" tövbə oldu mənə. Necə məhkəməyə verim bunları?
P.S. Getdim Sukanal İdarəsinə. Məlum oldu ki, "eManat" hələ də ödənişi köçürməyib "Azərsu"yun hesabına. Yəni qaldı sabaha. Elə orada bir də zəng etdim "eManat"a, ürəyimdən keçənləri dedim. Bütün vaxtımı aldılar, əsəb də öz yerində.
P.S. Bu gün "Azəriqaz" ödənişlərində də problem yaranıb, yenə də "eManat"da. Əgər qurumların sistemində problem varsa, niyə "MilliÖN"də ödəniş etmək olur bəs? #emanatayox " 

7NEWS.az

RƏYLƏR