Amerikalı model Emili Ratajkovski yenə paylaşımı ilə gündəm olmağı bacarıb.
3 həftə əvvəl prodüser Sebastyan Bir-Makklardla ailə quran model ABŞ-ın Yuta ştatına bal ayına yollanıb.
Açıq-saçıq fotolarına görə tənqid olunan Emili bu dəfə istirahətdə çəkilmiş şəkillərini hesabında yerləşdirib.
Onun gecəsi 8 min dollara qaldığı hoteldə çəkilmiş fotoları minlərlə bəyənmə və şərh toplayıb.
Xatırladaq ki, 26 yaşlı model ailə qurması haqda xəbəri sosial şəbəkədə toy fotoları paylaşaq verib.
Onun 3 illik sevgilisi Ceff Maqiddən nə zaman ayrılması sosial şəbəkə izləyiciləri üçün müəmmalı qalıb. Açıqlaması ilə hər kəsi təəccübləndirən Ratajkovski özünə sadə nikah mərasimi edib./axşam
İcmal.Az