Ərdoğan-Putin görüşünün tarixi açıqlandı

OXUNUB: 675 DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

İcmal.Az-ın xəbərinə görə, bu barədə APA "CNN Türk”ə istinadən məlumat verir 

Tərəflər ikitərəfli danışıqlar və regional problemləri müzakirə ediblər. Prezidentlər Suriya probleminin həllinə dair Astana prosesi və İraqın şimalındakı referendum barədə fikir mübadiləsi apararaq, hər iki dövlətin ərazi bütövlüyünə tərəfdar olduqlarını vurğulayıblar. 

Telefon danışığında sentyabrın 28-də Ankarada görüşməklə bağlı razılıq əldə edilib. Türkiyə prezidentinin mətbuat xidmətindən bildirilib ki, görüşdə gündəmdəki məsələlər başda olmaqla, ikitərəfli münasibətlər və regional məsələlərin geniş şəkildə müzakirəsi gözlənilir.

İcmal.Az

RƏYLƏR