Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”

OXUNUB: 565 DÜNYA
"Biz ayrı-seçkilik etmədən zalıma zalım, terrorçuya terrorçu, haqsızlığa haqsızlıq, zülmə zülm deməyə davam edəcəyik”. Bunu "TRT World Forum”unda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur. "Qərb terrorçuların yanında yer aldı. Bəs siz terrorizmə, terrora qarşı idiniz?”, - deyə Türkiyə Prezidenti vurğulayıb. Sabah Rusiyaya səfər edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəklər.

RƏYLƏR