Ərdoğanın kürəkəni Ağ evdə Trampla görüşdü - FOTO

OXUNUB: 1133 DÜNYA
ABŞ Prezidenti Donald Tramp Ağ evdə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakı qəbul edib.
7NEWS.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət, Türkiyənin Rusiyadan aldığı "S-400” zenit-raket kompleksi də daxil olmaqla ikitərəfli münasibətlərə dair bir sıra mövzular, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin 75 milyard dollara çatdırılması məsələsi müzakirə olunub.

Nazir rəsmi Ankaranın Rusiyadan aldığı "S-400”ə dair müzakirənin müsbət keçdiyini vurğulayıb:

"Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan- red.) bəzi ismarıcları var idi, onları ABŞ Prezidentinə çatdırdıq”.

B.Albayrak yaxın zamanda Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçirilə biləcəyini də bildirib.
 
B.Albayrak Beynəlxalq Valyuta Fondu - Dünya Bankı və "Böyük-20”-nin (G-20) toplantılarına qatılmaq üçün ABŞ-da səfərdə olub. D.Trampla görüş bu toplantılar çərçivəsində keçirilib. 

Xatırladaq ki, B.Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. 

RƏYLƏR