Ermənistan İstintaq Komitəsi Yerevanda bir nəfərin ölümü ilə nəticələnən ağır qəzanın təfərrüatlarının araşdırır.
İcmal.Az News.am-a istinadən xəbər verir ki, hadisə yanvarın 16-da səhər saatlarında baş verib.
"Kia Sorento” markalı avtomobil Myasnikyan prospektində yoldan çıxaraq çaya düşüb.
Qəza nəticəsində sürücü R.Qalstyan hadisə yerindəcə ölüb, sərnişin A.Ter-Qriqoryan isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ölən şəxsin Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-leytenant Stepan Qalstaynın oğlu olduğu bildirilir.
İcmal.Az