Ermənistan prezidenti Serj Sarkisyan, Respublika partiyasından növbəti prezidentliyə namizədin Ermənistanın Böyük Britaniyadakı səfiri, keçmiş baş nazir Armen Sarkisyanın olduğunu bəyan edib.
Bu gün Ermənistan prezidentinin iqamətgahında onlar arasında görüş keçirilib.
A.Sarkisyan - Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan, Qazaxıstanda energetika, neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət "Knightsbridge Group” korporasiyanın sahibidir.
Qeyd edək ki, Ermənistanın hazırkı lideri Serj Sarkisyanın prezidentlik müddəti aprelin 9-da başa çatır. Ermənistanda 7 il müddətinə hakimiyyətdə olacaq yeni prezident parlament tərəfindən seçiləcək. İlkin məlumatlara görə, prezident seçkiləri martın 2-də keçiriləcək./oxu
İcmal.Az