Estoniyada NATO-nun genişmiqyaslı təlimləri başladı

OXUNUB: 992 DÜNYA
Estoniyada NATO və müttəfiq ölkələrin genişmiqyaslı təlimləri başlayıb.

"Yaz fırtınası 2017" adlanan hərbi təlimlər Estoniyanın ən böyük hərbi təlimləridir.

Təlimlər ölkənin şimal və şimali-şərq hissəsində start götürüb. Bu təlimlərdə 9 min hərbçi iştirak edəcək. Onlardan 2 mini xarici hərbçilərdir.

Təlimlərdə ABŞ, Böyük Britaniya, Fransa, Danimarka, Kanada, Almaniya, Hollandiya, Polşa, Finlandiya, isveç, Latviya, Litva, Ukrayna və Gürcüstan iştirak edir. 

"Yaz fırtınası" hərbi təlimləri 25 may tarixində başa çatacaq./olke.az
 
İcmal.Az

RƏYLƏR