Ev sahibi oğrunun üzünü yandırdı – FOTO + VİDEO

OXUNUB: 725 HADİSƏ

Tovuzda yerli sakin yanıq xəsarətləri alıb.

İcmal.Az xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini, 28 yaşlı Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, Mehralıyev oğurluq məqsədilə başqasının evinə daxil olub və bu zaman ev sahibi onun üzünə qaynar su atıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR