Evi yanıb KÜL OLDU, özü isə XƏSTƏXANADA CAN VERDİ

OXUNUB: 879 HADİSƏ
Lənkəranda evdə baş verən yanğın zamanı yanıq xəsarətləri alan ev sahibi xəstəxanada ölüb.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, bu gün baş verən yanğln zamanı ağır yanıq xəsarətləri alan Xanlıqlı kənd sakini, 1965-ci il təvəllüdlü Gülməmməd Eyvazov Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Bəzi məlumatlara görə, G. Eyvazov özünü yandırıb və bu zaman alov evə yayılıb.

Qeyd edək ki, hadisə bu gün baş verib. Lənkəranın Xanlıqlı kəndində, kənd sakini, 1965-ci il təvəllüdlü Gülməmməd Eyvazova məxsus evdə qeydə alınıb. Məlumata görə, yanğını söndürməyə cəhd edən G.Eyvazov ağır yanıq xəsarəti alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona ilkin yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib.
 
İcmal.Az

RƏYLƏR