Mayın 28-də İstanbulun Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanıb.
İcmal.Az-ın məlumatına görə, aksiya Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May -Respublika Günü münasibətilə təşkil olunub.
Ankara vaxtı ilə 20:35-də başlayan aksiya səhər saatlarına qədər davam edib.
Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişib.
Körpüdən keçən yolçular kompozisiyanı maraqla seyr edib xatirə şəkilləri çəkdiriblər.