Fatimə özü yalanının üstünü açdı - FOTO

OXUNUB: 704 ŞOU-BİZNES

Rəqqasə Fatimə Fətəliyevanın ikinci dəfə liposaksiya etdirməsi ilə bağlı xəbər vermişdik.

İcmal.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir neçə açıqlamasında bunu danaraq, yalan olduğunu demişdi.

Fatimə "ATV maqazin onlarla"ya açıqlamasında özü öz yalanının üstünü açıb. Belə ki, sənətçi ikinci dəfə plastik əməliyyat olunduğunu etiraf edib:

 

"İlk dəfə deyirəm ki, mən ikinci dəfə əməliyyat etdirdim. Çox əziyyət çəkdim... Görsəniz tanımazdınız, istəmirdim tamaşaçı məni o formada görsün. 6 ay tamamlanmamış narkoza girmək olmazdı. Amma qərar verdim ki, etməliyəm. İstədiyim nəticəni alandan sonra istədiyim rəqsləri qururam. Üç dəfə plastik əməliyyat olunmuşam: burun, iki dəfə bədən. Tövbə etdim, mənlik deyil".

İcmal.Az

RƏYLƏR