Fərid Cəfərov: "Bu intellektual yarış "Şuşa ili"nə həsr olunub" - FOTOLAR

OXUNUB: 314 Özəl GÜNDƏM SOSİAL
7NEWS.az xəbər verir ki, bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Badamlı” şirkətinin tərəfdaşlığı ilə birgə "İntellektual Klubların Gənclər Liqası”nın final mərhələsinə start verilib.
Qeyd edək ki, Turnirin məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialının inkişafı, onların asudə vaxtlarının faydalı təşkili, eyni zamanda Prezident İlham Əliyev tərəfindən elan edilən Şuşa ili çərçivəsində Qarabağımızın, xüsusilə də mədəniyyət beşiyimizin zəngin irsi haqqında gənclərin maarifləndirilməsidir. 
Giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov yarışın "Şuşa ili"nə həsr olunduğunu dedi: "Bu gün həm də Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəhid olduğu gündür. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Layihənin məqsədi, həm də, Prezident İlham Əliyev tərəfindən elan edilən Şuşa ili çərçivəsində Qarabağımızın, xüsusilə də mədəniyyət beşiyimizin zəngin irsi haqqında gənclərin maarifləndirilməsidir. Bütün komandalara uğurlar arzu edirəm"
Daha sonra Milli Məclisin deputatı Müşfiq Cəfərov çıxış edərək bu kimi yarışların mütəmadi keçirilməsinin vacibliyindən danışıb.
7NEWS.az
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
 

RƏYLƏR