7NEWS.az xəbər verir ki, sentyabr ayının 9-da Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin birgə təşkilatçılığı həmçinin Talassemiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə dəstəyi ilə "Saglam olaq – Donor olaq” adlı təbliğat-təşviqat xarakterli tədbir təşkil olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin idarə heyətinin sədri Fuad Rəsul, Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərova, Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarova həmçinin Mərkəzi Qan Bankının həkimi Fəridə Məmmədova və Talassemiya Mərkəzinin həkim-hematoloqu Gülər Məmmədova mövzu ətrafında geniş məruzəylə çıxış ediblər.
Qeyd edək ki, Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.