“Xocavənddəki kütləvi məzarlıq ermənilərin törətdiyi vandalizm aktıdır” – DEPUTAT

OXUNUB: 929 Özəl GÜNDƏM SOSİAL
"Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıq erməni vandalizminin növbəti nümunəsidir. Biz belə nümunələri dünya ictimaiyyətinə təqdim etməliyik, bəşəriyyət bunları görməlidir. Eyni zamanda hər kəs bilməli və agah olmalıdır ki, kənarda özünü yazıq kimi göstərən erməni əslində ən böyük vəhşi və ən böyük cinayətkardır” -7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Həmin məzarlıqda Azərbaycan Ordusunun hərbi qulluqçularının kütləvi şəkildə basdırılması ilə bağlı ciddi şübhələr müəyyən edilib, artıq Hərbi Prokurorluqda cinayət işi başlanılıb, zərərçəkənlər tanınıb. Edilli ərazisində əsir götürülmüş 25 şəxsin qəddarcasına öldürülməsi təxmin edilir. Amma bu rəqəmın daha artıq olması ehtimalı da böyükdür.

Erməninin xisləti, mahiyyəti bax budur. Yırtıcıdır onlar. Ermənistan heç zaman kişi kimi, mərdi-mərdanə mübarizə, müharibə aparmayıb. Bu dövlət yalnız və yalnız terror siyasəti yürüdüb.

Hazırda ciddi dəqiqləşdirmələr aparılır. Məzarlıqdakı sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Tezliklə adlar, öldürülən şəxslərin kimliyi müəyyən olunacaq.

Dəqiq olan budur ki, bütün hallarda məlum məzarlıq ermənilərin törətdiyi vandalizm aktıdır. Humanitar  hüquq normalarına, Cenevrə Konvensiyasının 17-ci maddəsinə, beynəlxalq hüququn bütün prinsiplərinə qarşı gedərək ən ağır müharibə cinayətləri törətmiş Ermənistan dövləti öz cəzasını almalıdır. Bu minvalla həm Partiya sədri, həm də millət vəkili olaraq bütün beynəlxalq təşkilartlara müraciətim olacaq.” – deyə Elşən Musayev fikirlərinə davam edib

RƏYLƏR