“Rəşad Məcid jurnalistlərin son dərəcə düzgün seçimidir” – Elşən Musayev

OXUNUB: 475 Özəl GÜNDƏM SOSİAL
"Jurnalistlərin növbəti Qurultayında baş verən hadisələri yaxından izlədim. Çox sevindirici haldır ki, məlum Qurultay maraqlı və yeni seçimlərlə yadda qaldı. Xüsusən İdarə Heyətində gənc simaların önə çəkilməsini təqdirəlayiq hal hesab edirəm” – 7news.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"Rəşad Məcid jurnalistlərin son dərəcə düzgün seçimidir. O, hər zaman işinin öhdəsindən layiqincə gələn biri olub. Heç şübhə etmirəm ki, Rəşad müəllim yeni sədr postunda da dəyərli qələm sahiblərinin etimadını doğruldacaq.

İdarə Heyətində təmsilçilik hüququ qazanan və mənim üçün çox əziz olan Rauf Arifoğlunu, Hacıbəy Heydərlini, Aqil Ələsgəri və digər dostlarımızı ürəkdən təbrik edirəm. Azərbaycan jurnalistləri hər zaman dövlətin və dövlətçiliyin yanında olublar. Onlar bizim üçün çox qiymətlidirlər. Hər birinin yolu açıq olsun” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR