FHN Qubada hoteldə baş vermiş qəza ilə bağlı məlumat yaydı: 1 ölü, 2 yaralı

OXUNUB: 541 HADİSƏ

Fövqəladə Hallar Nazirliyi Qubada hoteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.

FHN-in mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb.

Qeyd olunub ki, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə, təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılır.

İcmal.Az

RƏYLƏR