Füzulidə "VAZ" su kanalına aşıb

OXUNUB: 457 HADİSƏ
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Füzuli rayonunun Bala Bəhmənli kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb. Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

RƏYLƏR