Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirdi

OXUNUB: 556 HADİSƏ

Gədəbəydə 17 yaşlı oğlan bıçaqlanaraq ölüb.

İcmal.Az"Report"a istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Aliyev Samir Sübhan oğlu boğazından bıçaqlabaraq ölüb. Yaxınları bədbəxt hadisə zamanı öldüyünü bildirir. Belə ki, öz bacısı 1998-ci il təvəllüdlü Alıyeva Sevinc Sübhan qızı ilə zarafatlaşan zaman bacısının əlində olan bıçaq onun boğazına girərək şah damarı kəsib.

Hadisə ilə bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR