Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti açıqlandı

OXUNUB: 795 İQTİSADİYYAT

Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək.

İcmal.Az-ın məlumatına görə, "Report” bu barədə "2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Sənəddə deyilir ki, gələn il dünya bazarında neftin qiymətinin 50 dollar/barel ətrafında dəyişəcəyi proqnozlaşdırılır.

Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur.

İcmal.Az

RƏYLƏR