Gəncə sakinində narkotik aşkarlanıb-FOTO

OXUNUB: 543 HADİSƏ
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən  məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakini, Şükür Vəliyev şəhər ərazisində saxlanılaraq, Kəpəz RPİ-nə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd kağız bükümdə 7.85 qram narkotik vasitə olan  "heroin” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, Ş. Vəliyevin şəhər ərazisindəki mənzilə baxış keçirilib. Baxış zamanı mənzilin zirzəmisindən sellofan torbada çəkisi 130.78 qram narkotik vasitə olan "heroin” aşkar edilərək götürülüb. Faktla bağlı Gəncə  ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
 


RƏYLƏR