Gəncədə AİLƏ FACİƏSİ: Kürəkən qaynanasını qanına qəltan etdi

OXUNUB: 934 HADİSƏ
Gəncənin Gülüstan qəsəbəsində Şəmkir rayonunun Əliyaqublu kənd sakini, 51 yaşlı Nəsirova Səltənət Qulu qızı Gülüstan qəsəbəsinə yaşayan qızıgilə qonaq gəlib və münaqişə zəminində kürəkəni tərəfindən bıçaqlanıb. Qadın bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. İlkin müayinələr zamanı qadının sağ bazu nahiyəsindən, sol əlindən xəsarətlər aldığı müəyyən olunub. Tibbi yardım göstərilən yaralının vəziyyəti stabildir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsində təhqiqata başlanılıb.

İşi araşdıran təhqiqatçı Eldəniz Məmmədovun İnterAz-a verdiyi məlumata görə, hadisəni törədən Gədəbəy rayon sakini, 1995-ci il təvəllüdlü Cəfərov İlkin Namiq oğlu təhqiqata cəlb olunub, izahatı alınıb. O, iki ilə yaxındır, ailə qurduğunu və qaynanasının daim onlara kömək etdiyini bildirib. Bu dəfə qonaq gəldikdə isə onlara maddi köməklik etməyib, bundan əsəbləşən İlkin qaynanasına bıçaq xəsarətləri yetirib.

Təyin olunan məhkəmə tibbi ekspertizasının rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Cəfərov İlkin Namiq oğlunun atası həbsdədir. Anası isə Türkiyədə ticarətlə məşğuldur.
 
İcmal.Az

RƏYLƏR