Gəncədə iki döyülmə faktı qeydə alınıb

OXUNUB: 821 HADİSƏ

Gəncədə iki döyülmə faktı qeydə alınıb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1974-cü il təvəllüdlü Nəsibova Qəmər Əhməd qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun qardaşı tərəfindən döyüldüyü bildirilir.

 

Digər Gəncə sakini, 1994-cü il təvəllüdlü Ələsgərov Elmir Ənvər oğlu isə tanımadığı şəxs tərəfindən döyülüb. Hər iki şəxsə tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR