Gənclər "Karabakh is Azerbaijan!" YouTube kanalının fəaliyyət planını müzakirə ediblər

OXUNUB: 581 QHT SOSİAL
"Azərbaycan Diaspor Könüllüləri”nin təşəbbüsü ilə yaradılan "Karabakh İs Azerbaijan!” adlı YouTube kanalının fəaliyyət planının müzakirəsinə həsr olunmuş videokonfrans keçirilib.
Virtual tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədov, Dövlət Komitəsinin əməkdaşı, "Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov, Türkiyənin Adana şəhərində yaşayan, Çukurova Universitetinin teatr bölümünün rəhbəri, Xalq artisti Cahangir Novruzov, diaspor könüllüləri, Kanada, Türkiyə və Rusiyada yaşayan gənc soydaşlarımız iştirak ediblər.
Tədbirdə çıxış edən Vüqar Məmmədov və Cahangir Novruzov gəncləri salamlayaraq kanalın gələcək fəaliyyəti ilə bağlı öz fikirlərini bölüşüblər. Natiqlər "Karabakh İs Azerbaijan!” YouTube kanalının yaradılmasını yüksək qiymətləndiriblər, bu istiqamətdə əhəmiyyətli işlərin aparılacağını bildiriblər, gənclərə milli-mənəvi dəyərlərimizə sadiq qalmalarını tövsiyə ediblər, Qarabağ tarixi və mədəniyyəti ilə bağlı faktları gənclərin diqqətinə çatdırıblar.
Müzakirələr zamanı konfrans iştirakçıları müxtəlif fikirlərlə çıxış ediblər və maraqlı təkliflər irəli sürüblər.
Videokonfransı yekunlaşdıran Bəxtiyar Rəhimov tədbirə qoşulan qonaqlara və iştirakçılara minnətdarlığını bildirib. O, qeyd edib ki, yeni növ koronavirus pandemiyası dövründə mütəmadi olaraq diaspor könülllüləri ilə online konfranslar təşkil edilib. Lakin ilk dəfə olaraq xaricdə yaşayan gənc soydaşlarımız da videomüzakirələrə qatılıblar ki, bu da tədbirin əhəmiyyətini daha da artırır. Sonda gələcəkdə də belə müzakirələrin keçirilməsinin zəruriliyi qeyd edilib.

RƏYLƏR