“Neftçala rayonunda gənc qızların sahibkarlıq fəaliyyətinin təmin edilməsi” adlı layihə başa çatdı

OXUNUB: 896 Özəl QHT SOSİAL
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi 01.12.2023-ci il tarixindən etibarən həyata keçirilən "Neftçala rayonunda gənc qızların sahibkarlıq fəaliyyətinin təmin edilməsi” adlı layihə başa çatdı. 

Layihənin əsas məqsədi – Neftçala rayonunda gənc qızların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün intensiv şəkildə bacarıqların artırılması və onların məşğulluğunun təmin edilməsi və kiçik hədiyyələrin verilməsi vasitəsilə iqtisadi gücləndirilməsidir. 
Layihə Neftçala rayonunda peşə təhsili müəssisələrində təhsil alan qadınların həssas ailələrin biznes sahəsində təlimlərin və biznes ideyalarının təhlil olunması, köməklik göstərilməsi məqsədi ilə həyata keçirildi.

10 – 26 yanvar 2024-cü il tarixlərində layihə çərçivəsində Neftçala Peşə Məktəbində təhsil alan gənc qızlar ilə ilkin görüş və biznes təlimləri keçirildi. Görüşdə ilkin çıxışda qonaqları və iştirakçıları Liseyin direktoru Tarıyel Yaqubov salamladı. Sonra "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin layihə təşkilatçıları layihə haqqında geniş məlumat verdi. Həmçinin, iştirakçılara layihənin əsas məqsədini vurğulayaraq, gənc qızların ali və ya peşə təhsilinə cəlb etməklə öz bizneslərini qurmağa və özlərini inkişaf proqramlarına necə həsr edilməsindən danışdı. Sonra isə 10 və 26 yanvar 2024-cü il tarixlərində Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisi Rafət Şirəliyev layihə iştirakçılarına "Biznes nədir?” Sahibkarlıq və onun formalaşdırılması, sahibkarlıq ideyalarının təhlili, Özünəməşğulluq və imkanlar, Sahibkarlıq fəaliyyətinin planlaşdırılması, Sahibkarlıq ideyasının qurulması və planlaşdırılması üzrə qrup işi təlimini keçirdi. Təlimdə ilkin olaraq biznes ideyalar, biznesin əsasları haqqında məlumat verdi. 

3 ay müddətində keçirilən layihədə Neftçala Peşə Məktəbində təhsil alan 30 nəfərdən ibarət gənc qızlar  iştirak etdilər. Təlimin sonunda iştirakçılara sertifikatlar və işə başlamaq üçün kiçik ləvazimatlar təqdim edildi. 

Tədbir iştirakçıları bir daha fəallıqlarını göstərdilər və layihə təşkilatçılarına öz minnətdarlıqlarını bildirərək belə görüşlərin və təlimlərin daima keçirilməsini təklif etdilər.
 
 










 

RƏYLƏR