Qan donorlarına həsr olunmuş "Mənim Qəhramanım" adlı konsert proqramı təşkil olunub

OXUNUB: 830 Özəl QHT SOSİAL
 Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin(AQDİM) təşkilatçılığı, Azərbaycan Milli Olimpiya komitəsinin, Azərbaycan Milli Olimpiya komitəsinin "Ədalətli" oyunlar komissiyasının, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (Təbib), Milli Hemotilogiya və Transfizialogiya Mərkəzinin Mərkəzi Qan Bankı bölməsinin və Talassemiya bölməsinin rəsmi tərəfdaşlığı, eləcədə Beynəlxalq Muğam Mərkəzinin dəstəyilə donorlarla irsi qan xəstəliyindən əziyyət çəkən insanların, İnclusivliyi olan şəxslərin, həmçinin şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçılarının görüşünü özündə ehtiva edən "Mənim Qəhrəmanım" adlı konsert proqramı təşkil olundu.
 Konsert proqramı şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra dövlət himni ilə başlamış olub. Daha sonra Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul çıxış edərək tədbirin rəsmi hissəsinin açılışını edib. Daha sonra  Beynəlxalq Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə, Milli Olimpiya komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin "Ədalətli" oyunlar komissiyasının sədri Xəzər İsayev, Milli Məclisin deputatı Jalə xanım Əhmədova, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti Fəxriyyə xanım Xələfova çıxış edərək tədbirin əhəmiyyəti və mahiyyəti haqqında geniş fikir bildiriblər. 
 Rəsmi hissə bitdikdən sonra bədii hissə olaraq Azərbaycan Respublikanın xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova, əməkdar artistlər Gülüstan Əliyeva, Ədalət Şükürov və Muğam televiziya müsabiqəsinin qalibi Mirələm Mirələmov, həmçinin  gənc müğənni Xalq ulduzu televiziya müsabiqəsinin laureatı Anar Nəbiyev  eləcədə İnclusivliyi olan gənc müğənnilər Aysel Əlizadə, Rəvanə Ağamirova və Arzu Mirzəyeva  geniş konsert proqramı ilə çıxışlar ediblər. 
Azərbaycan Qan Donorlğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, qanvermə aksiyaları və təbliğat-təşviqat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində həyata keçirilir.
 





RƏYLƏR