Göldə balıq tuturdu, “tok” vurub öldürdü

OXUNUB: 706 HADİSƏ

Lənkəran sakinini elektrik cərəyanı vurub.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, Lənkəran rayonu, Girdəni kənd sakini, 1965-ci il təvəllüdlü Əliyev Tahir Həsən oğlu yaşadığı kəndin ərazisindəki göldə balıq tutmaq istəyib.

T. Əliyev tilovun qırmağını gölə atarkən qırmaq gölün yaxınlığındakı yüksək gərginlikli elektrik xəttinə ilişib və o, cərəyan vurması nəticəsində ölüb.

Hüquq-mühafizə orqanları araşdırma aparırlar.

 

İcmal.Az


 

RƏYLƏR