Goranboy icra başçısının zorla işlətdiyi pambıqçıları daşıyan avtobus körpüdən aşıb - XEYLİ SAYDA YARALI VAR

OXUNUB: 3854 Özəl İQTİSADİYYAT

 

Goranboyda pambıqçıları daşıyan avtobusun aşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.

7NEWS.azAPA-ya istinadən xəbər verir ki, "İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb.Qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Xəsarət alanlaraGoranboyRayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə xəsarət alanların hamsı Goranboy rayon icra başçısı tərəfindən zorla pambıq yığımına göndərilənlərdir.

Goranboyda pambıqyığan bağça işçilərini evə aparan avtobusun çaya aşması nəticəsində xəsarət alanlardan 19 nəfərin adı məlum olub.

7NEWS.az xəbər verir ki, bunlar rayonun Cinarlı və Şəfəq kənd sakinləridir.

Qəzada xəsarət alanların siyahısı:

Orucova Şəlalə Mustafa qızı (1969)
Vəliyeva Qızxanım İlyas qızı (1966)
Aslanova Mehriban Müzəffər qızı (1969)
Məmmədova Gülarə Camal qızı (1962)
Ələkbərova Xalidə Salman qızı (1965)
Əhmədova Xatirə Nağı qızı (1978)
İsmayılova Nazilə Qafar qəzə (1970)
Hacıyeva Afaq Qafar qızı (1995)
Zamanova İlhamə Teymur qızı (1972)
Nəsirova Rahilə Teymur qızı (1972)
Məmmədova Pərvanə Güloğlan qızı (1952)
Ələşov Sərvan Qiyas oğlu (1996)
Arıyeva Gülşən Mehman qızı ( 1990)
Binnətova Solmaz Cənnət qızı (1964)
Camalova İlhamə Seymur qızı (1972)
Verdiyev Nəsimi Qasım oğlu (1975)
Binnətova Solmaz Cənnət qızı (1964)
Alanova Edelya Xamay qızı (1958)

Xəsarət alan 1962-ci il təvəllüdlü Bağırova Rəna Hüseyn qızının vəziyyəti ağır olduğu üçün o Gəncədə olan xəstəxanaların birinə aparılıb.
Hazırda xeyli yaralının Goranboy rayon Mərkəzi xəstəxanasına tibbi yardım aldığı bildirilir.
Məlumata görə, qəzaya düşən avtobusda 63 nəfər olub. Onlar rayonun Qaracinar və Şəfəq kənd uşaq bağcalarının işçiləri olub.

Saytımız hal-hazırda uşq baxçasının işçilərinin pambıq yığımına cəlb olunmalarının səbəblərini araşdırır. Artıq xəsarət alanların yaxınlarından bəzi məlumatlar redaksiyamıza daxil olmaqdadır. İlkin məlumata görə planı icra edə bilməyən başçı yandırdığı pambıqların bədəlini ödəmək üçün bağça işçilərini yığıma cəlb edib.

Mövzunu davam etdirəcəyik

 

 

RƏYLƏR