Göygöldə bıçaqlanma olub.
Rayonun Yeni Qızılca kənd sakini, 1995-cı il təvəllüdlü Həsənov Famil Camal oğlu qarının kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
F.Həsənovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa
İcmal.Az