Göygöldə avtomobil qəzası baş verib, yaralananlar var

OXUNUB: 565 HADİSƏ

Göygöl rayonunda iki nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib.

Göygöl şəhər, Sabuhi Hacıyev küçəsində baş vermiş qəza zamanı, 58 yaşlı Safalət Aslanov və 51 yaşlı Rafayıl Abdıyev müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hər iki yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilib.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR