Hacıqabulda ağır qəza: Ölən və yaralılar var - YENİLƏNİB

OXUNUB: 621 HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN-dən İcmal.Az-a verilən məlumata görə, avqustun 3-də saat 02:00 radələrində Hacıqabul rayonunun Udulu Tava kəndi ərazisində kənd sakini Xəyyam Abuzərov idarə etdiyi "KİA” markalı avtomobili aşırıb.

Nəticədə dörd sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Vüsal İsifov orada ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

---

Hacıqabulda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Udulu kəndində qeydə alınıb.

Belə ki, avtomobilin yoldan çıxaraq aşması nəticəsində Udulu kənd sakinləri – 1991-ci il təvəllüdlü Elçin Cəfərzadə, 1994-cü il təvəllüdlü Tağıyev Elgün Hüseyn oğlu, 1991-ci il təvəllüdlü İsifov Vüsal Güloğlan oğlu və daha bir nəfər xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. V.İsifovun xəsarəti ağır olduğundan o, xəstəxanada ölüb.

Faktla bağllı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR