"Həm Şarl Mişel, həm də digər dairələr Zəngəzur dəhlizini dəstəklədilər"

OXUNUB: 282 Özəl GÜNDƏM SİYASƏT
Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.
Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev, Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiq olduğunu bildirib: "Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik".

Dövlət başçısının bu sözlərini şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info saytına açıqlamasında bildirdi ki, Azərbaycan prezidentinin bu sözləri, diqtə edən, yəni qalib tərəfin qarşı tərəfə bir mesajıdır:
Arzu Nağıyev
 Arzu Nağıyev
"Bu açıqlamada Azərbaycanın sülh tərəfdarı olduğu diqqətə çatdırılır və qeyd edilir ki, əgər Ermənistan "revanşist" ideyalarından əl çəkməlidirlər, çünki bu ideyaların gələcəyi yoxdur. Bununla belə, dövlətimizin başçısı onlara sülh təklifi edir. Və bəyan edir ki, əgər gələcəkdə yenidən müharibəyə başlamaq fikrinə düşsələr, bununla bağlı da ciddi addımlar atılacaq. Bu gün əsas muzakirələrin dellimitasiya və demarkasiyasi, kommunikasiya xətlərinin açılması və yeni dəhlizlərin yaradılması ilə bağlıdır. Bütün bunlara görə Ermənistan sülh masası arxasında oturmalı və düşmənçiliyə son qoymalıdır. Əks halda, bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, həm də regional və beynəlxalq təhlükəsizliyə də təhdid olacaq".

Deputatın sözlərinə görə, Azərbaycan prezidenti bu məsələni təkcə NATO rəhbərliyi ilə deyil, həm də Avropa İttifaqının prezidenti Şarl Mişellə müzakirəsində də dilə gətirib: "Dövlət başçısının dəfələrlə bildirdiyi kimi, Azərbaycan qalib tərəf kimi dəfələrlə qarşı tərəfə sülh çağırışları edir. Buna nail olmağın əsas yolu, kommunikasiya xətlərinin açılmasından keçir. Burda əsas söhbət Zəngəzur dəhlizinin açılmasından gedir. Nikol Paşinyan isə Brüssel şəhərinə getməmişdən əvvəl belə bir bəyanat səsləndirdi ki, hər hansı bir dəhlizin açılmasından söhbət gedə bilməz. Zəngəzur dəhlizi Ermənistan ərazisində olduğu üçün gömrük nəzarət - buraxılış məntəqəsi yaradılmalıdır. Ümumilikdə isə, dəhlizdə belə məntəqələr olmur. Rəsmi Bakı da onun əvəzində Laçın dəhlizinə girişə nəzarət edilməsini, eləcə də gömrük nəzarət - buraxılış məntəqəsinin və sərhəd postlarının yaradılmasını gündəmə gətirdi. Bu da təbii ki, Ermənistan üçün heç bir xeyir gətirməyəcək".

Bu məsələdə Ermənistanın düzgün mövqe tutmadığını düşünən A.Nağıyevin sözlərinə görə, əgər İrəvan bu problemin həll olunmasını istəyirsə, Zəngəzur dəhlizinin bərpa olunmasında maraqlı olmalıdır: "Azərbaycan prezidenti bu dəhlizin əhəmiyyətini Brüssel görüşündə bir daha diqqətə çatdırdı. Bu dəhliz şimal və cənub, eləcə də şərq və qərb istiqamətində ən mühüm kommunikasiya xəttidir. Həm Naxçıvanla Azərbaycan arasında olan quru yolun bərpası, həm də şimaldan cənuba, həmçinin cənubdan şimala, eləcə də şərqdən qərbə və qərbdən şərqə daşınmaların keçməsi çox mühümdür. Gələcəkdə həm dəmir yolu, həm də avtomobil yolu ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan mühüm layihələr hazırlanıb. Məhz buna görə də müzakirələr zamanı həm Şarl Mişel, həm də digər dairələr tərəfindən Zəngəzur dəhlizi ilə bağlı məsələ ciddi şəkildə dəstəkləndi. Artıq Ermənistan da bu məsəl i ciddi şəkildə başa düşməli və dəhlizin onlara da müsbət dividentlər gətirəcəyini dərk etməlidir".

Qeyd edək ki, görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlib. Burdan belə bir sual yaranır: Bu qrupun əsas fəaliyyət istiqamətləri nə olacaq? Qrup sərhədlərin müəyyənləşdirilməsi istiqamətində hansı işlər görəcək?"

Dellimitasiya məsələsinin çox ciddi olduğunu söyləyən politoloqun fikrincə, bununla bağlı mütləq komissiya yaradılmalı və hər iki dövlətdən nümayəndələr təmsil olunmalıdır:

"Onlar sərhədlərin dəqiq müəyyən olunmasında maraqlı olmalı və mütləq şəkildə dellimitasiya məsələsini hə etməlidirlər. Hətta Soçi görüşündə də bu mövzu əsas gündəm və danışıqlar predmeti olmuşdu".

Brüssel görüşlərində Minsk qrupunun fəaliyyəti ilə bağlı heç bir müzakirə aparılmadı. Qeyd edək ki, onsuz da heç bir işə yaramayan qrupun saxlanılmasına nə ehtiyac var?

Bu qrupa üzv olan ABŞ, Rusiya və Fransa tərəfindən ayrı-ayrılıqda müəyyən addımların atıldığını deyən deputat, ümumilikdə isə Minsk qrupunun fəaliyyəti və səsləndirdikləri bəyanatların təəssüf doğurduğunu vurğuladı:

"Bunlar deklorativ bəyanatdan o tərəfə keçmir. Bu dövlətlər öz ideyalarını qrup çərçivəsində mütləq ortaya qoymalı və hər bir problemin həlli yollarını da bildirməlidirlər. Bu baxımdan da qrup ciddi fəaliyyət göstərməsi üçün konkret addımlar atmalı və itirdiyi nüfuzunu bərpa etməlidir".

RƏYLƏR