Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

OXUNUB: 365 Özəl GÜNDƏM SİYASƏT
7NEWS.az xəbər verir ki, Oktyabrın 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, iclasın gündəliyinə 17 məsələ daxil edilib.
Sonra Əli Hüseynli gündəliyin birinci məsələsi - "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (birinci oxunuş) ilə əlaqədar fikirlərini açıqlayıb. Bildirib ki, 2001-ci ildə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilib. Hər il İnsan hüquqları üzrə müvəkkil parlamentdə məruzə ilə çıxış edir, digərr hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edir, bununla yanaşı, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir. O, ötən müddət ərzində bir sıra qanunların qəbul edildiyini və İnsan hüquqları üzrə müvəkkilin səlahiyyətlərinin  geninşləndirildiyini söyləyib. 
Əli Hüseynli diqqətə çatdırıb ki, bu gün müzakirəyə çıxarılan qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub. Bu layihəyə əsasən, ombudsmanın səlahiyyətləri bir qədər də genişləndirilir.

RƏYLƏR