“Xaricdə məskunlaşan cinayətkar ünsürlərin ekstradisiya prosesi sürətləndirilməlidir” – Elşən Musayev

OXUNUB: 395 Özəl GÜNDƏM SİYASƏT
"Xaricdə məskunlaşan və dövlətimizə qarşı hədyanlar yağdıran vətən xainlərinin ekstradisiya prosesi sürətləndirilməlidir və onlar qanun qarşısında cavab verməlidir. Eyni zamanda məlum missiya, ekstradisiya ilə bağlı hərəkətlərin aparılması hüquq-mühafizə orqanlarının ən peşəkar əməkdaşlarına həvalə olunmalı, tapşırılmalıdır” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Oturublar xaricdə. Haradan və hansı kəşfiyyat orqanlarından qidalandıqları da məlum. Ağızlarına gələni danışırlar, yazırlar, hər cür yaramazlıq edirlər. Və ən əsası: bu ünsürlər birbaşa cinayətkar fəaliyyətlə məşğuldurlar! Öz də açıq-açığına. Hə, aydın məsələdir ki, həmin qrupun, "söyüş müxalifəti”nin xaricdə sığınacaq məsələsini öz nəzarətində saxlayan adamlar, qüvvələr var. Amma hətta bu halda belə onların məskunlaşdığı dövləti fakt qarşısında qoymaq, qəyyumlarını isə onlardan imtinaya məcbur etmək lazımdır. Bu anti-milli məxluqlar, insanlıqdan uzaq ünsürlər nəyin bahasına olursa olsun, törətdikləri cinayətlərin cəzasını almalıdır. Qabil kimi, Orduxan kimi, Tural kimi tərbiyəsizlərin, kimlərinsə əlində alət olan oyuncaqların Azərbaycana gətirilməsi çox vacibdir və hesab edirəm ki, həmin proses çox tezliklə reallaşacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR