“Diaspor təşkilatlarımızın fəaliyyəti qürurvericidir” – Elşən Musayev

OXUNUB: 359 Özəl GÜNDƏM SİYASƏT
"Erməni təxribatları zamanı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti əsl dövlətçilik təfəkkürünə layiq bir fəaliyyət oldu. Ölkədən xaricdə məskunlaşan həmvətənlərimiz hər zaman olduğu kimi bu həssas dönəmdə də vətənin, dövlətin yanında oldular. Təbii ki, bu həm də koordinasiya məsələsi idi və həmin koordinasiyanın yaranmasında, köklü şəkildə yenidən təşəkkül tapmasında Diasporla İş Üzrə Dövlət Komitəsinin zəhməti böyük və danılmazdır.

Koordinasiya məsələsinə mən təsadüfən toxunmadım. Hamıya məlumdur və gizli deyil ki, əvvəllər dəyərli həmvətənlərimizi bir araya gətirməklə bağlı obyektiv və subyektiv səbəblərdən irəli gələn problemlər mövcud idi. Hətta bəzi diaspor nümayəndələri arasında küsülülük belə vardı. Amma Fuad Muradovun Komitəyə Sədr təyinatından sonra gedişat əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişdi, həmvətənlərimiz arasında çoxdan gözlədiyimiz ciddi birlik və haqqında danışdığım koordinasiya yarandı. Üstəlik, Komitə heç bir zaman özünü reklam etmədi. İstiqamət və prioritet olaraq sadəcə görülən işlərin miqyasının artırılmasına diqqət yetirildi. Və bu da, nəticə etibarilə ciddi səmərə verdi. İndi artıq erməni lobbisi xaricdə başını qaldıra bilmir, gözünü belə aça bilmir. Avropada, eyni zamanda dünyanın ən ucqar ölkələrində Azərbaycan həqiqətləri təbliğ olunur, hər yerdə Azərbaycanın, azərbaycanlıların səsi gəlir, artıq dəyərli soydaşlarımız Şuşaya, işğaldan azad olunan bölgələrə bərabər səfər edirlər, erməni vəhşiliyinə qarşı, ümumi düşmənlərimizə qarşı bəyanatları bərabər imzalayırlar, səfirliklərimizin müdafiəsinə bərabər qalxırlar, Azərbaycanın haqqını böyük meydanlarda bərabər müdafiə edirlər.

Təbii, gedişatın bu qədər müsbət, keyfiyyətli və ürəkaçan olması Azərbaycanı sevən hər kəs üçün  sevindirici haldır. Hesab edirəm ki, Diaspor Komitəsinin ciddi və faydalı fəaliyyəti nəticəsində xaricdəki birliyimiz daha da möhkəmlənəcək və bu birlik doğma Azərbaycanımızın gücünə güc qatacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR