Azərbaycan tankçıları "Tank biatlonu-2018” müsabiqəsində yarımfinala çıxıblar.
Bu barədə İcmal.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən "Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib.
Püşkatmanın nəticələrinə görə, Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.
11:24
Azərbaycan hərbçilərinin də iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində keçirilən "Tank biatlonu-2018” müsabiqəsi davam edir.
İcmal.Az bu barədə Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.
İcmal.Az