Husilərdən Yəmənin sabiq prezidentinin meyitinin verilməsi ilə bağlı şərtlər

OXUNUB: 544 DÜNYA

Yəmənin "Ansarullah" hərəkatının üzvləri (husilər) ölkənin eks-prezidenti Əli Abdulla Salehin meyitinin yaxınlarına verilməsi üçün şərtlərini irəli sürüblər.

İcmal.Az Səudiyyə Ərəbistanın "Xəbər acil" portalına istinadən xəbər verir ki, husilər yalnız Salehin dəfn mərasiminin elan edilməyəcəyi və mərasimin ailə çərçivəsində keçiriləcəyinə razılıq aldıqdan sonra meyiti təhvil verəcəklərini bildiriblər.

Xatırladaq ki, noyabrın 29-dan etibarən Yəmənin paytaxtı Sənada qiyamçı husilərlə Salehin tərəfdarları arasında qarşıdurmalar davam edir.

İcmal.Az

RƏYLƏR