İcra hakimiyyətinin şöbə müdiri “Kapital Bank”ı məhkəməyə verdi

OXUNUB: 748 İQTİSADİYYAT

Qaradağ Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramiz Daşdiyev "Kapital Bank”ı məhkəməyə verib.

 

7News.Az-ın məlumatına görə, şöbə müdiri iddia tələbi kimi bankla aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsini qoyub. Bildirilir ki, R.Daşdiyev bankla müqavilə bağlayaraq oradan külli miqdarda pul götürüb. Ancaq faiz dərəcələri hesablanmasın deyə pulu vaxtından tez qaytarmaq istəyib. Bank isə müqavilənin şərtlərini əsas gətirərək, 6 aydan tez müqavilə pozulduğu üçün həmin ayların faizini tələb edib. Ramiz Daşdiyev bu şərtlə razılaşmadığından məhkəməyə müraciət edib. Məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, Ramiz Daşdiyev uzun illərdir ki, Qaradağ Rayon İcra Hakimiyyətində çalışır. O, eyni zamanda İcra Hakimiyyətinin nəznində Apelyasiya Şurası Katibliyinin rəhbəridir.

 

 

7News.Az

RƏYLƏR