İki qızı ölən qadın qonşunun uşağını öldürüb sandıqda gizlətdi - VİDEO

OXUNUB: 996 DÜNYA

Türkiyənin İzmir şəhərinin Ödemiş qəsəbəsində, evlərinin önündəki parkdan üç gün öncə yoxa çıxan 10 yaşlı Ceylin Atikinin qonşularının evində ölü tapıldığı haqda məlumat vermişdik.

Hadisə yerində toplanan qəzəbli kütlə araşdırma aparan polislərə baxmayaraq Ceylinin ölü tapıldığı binanı daşa basıb, şüşələrini qıraraq içəri girmək istəyiblər. Olay zamanı 3-ü polis olmaqla 8 nəfər yaralanıb. Ceylinin cansız bədəninin binanın zirzəmisində olduğu ortaya çıxıb. Rayon Təhlükəsizlik müdiri Hüseyn Aşkın "Çox kədərli bir hadisədir. Bir balamızın qətlə yetirildiyinə görə, çox-çox üzr istəyirik" deyib. Axşam saatlarında şübhəlilərdən Ş.T.-nin anası R.Ö. (62) də nəzarətə alınıb.

Qonşu Ş.T.-nin ilk ifadəsində "Ceylin binadan yıxılıb öldü, mən də qorxdum, sandıqda gizlətdim" dediyi məlum olub. Həyat yoldaşıyla birlikdə nəzarətə alınan qonşu qadının iki qız uşağının 2008 və 2009-cu ildə həyatını itirdiyi ortaya çıxıb. Cansız bədəni binanın zirzəmisində, sandıq içində tapılan azyaşlı uşağın vəhşicəsinə boğularaq öldürüldüyü deyilir.

Digər iddiada isə Ceylinin pul üçün oğurlanmış ola biləcəyi ehtimal edilir.

Xatırladaq ki, Ceylin itdikdən sonra babasının telefonuna "Polisə xəbər verməyin. Nəvənizi öldürərik" mesajı gəlmişdi. Bu mesajın qonşu qadın Ş.T.-nin bir yaxınına aid telefondan göndərdiyi təyin olunub.

Azyaşlı qızın ailəsinin maddi vəziyyətinin yaxşı olması Ceylinin pula görə qaçırıldığı ehtimallarını artırır.

Hadisədən xəbər tutan xeyli sayda vətəndaş və azyaşlı Ceylinin yaxınları hadisə yerinə gəliblər. 

Ceylinin ölümüylə əlaqədar qonşu qadın Ş.T. ilə avtomobil ustası olan əri, 37 yaşlı S.T. nəzarətə alınıb. Linç cəhdinə qarşı gizlicə olaraq polis və jandarma tərəfindən yarım saat sonra evdən çıxarılan cütlük İzmir Rayon Təhlükəsizlik İdarəsinə aparılıb.

 

Ş.T polisə verdiyi ilk ifadəsində hadisə günü oğlu ilə parkda oynadıqlarını ifadə edib: "Ceylin oğlumu çox sevərdi. O da bizə qatıldı. Bir müddət birlikdə oynadıqdan sonra su içmək və istirahət üçün evə çıxdıq. Ceylin evin içində qaçarkən ayağı sürüşərək başı yerə dəydi. Öldüyünü anlayınca qorxub, cəsədini sandığa qoydum"./milli

İcmal.Az


Videonu izləmək üçün şəklə klikləyin:

İki qızı ölən qadın qonşunun uşağını öldürüb sandıqda gizlətdi

RƏYLƏR