İkinci Qarabağ müharibəsi başlaya bilərmi? - AÇIQLAMA

OXUNUB: 1150 SİYASƏT
"Serj Sarkisyan qazana bilməsə də, təxribata əl atacaq”. 

Bunu BiG.AZ-a açıqlamasında polkovnik Şair Ramaldanov deyib. 

İkinci Qarabağ müharibəsi başlaya bilərmi? - AÇIQLAMA

Şair Ramaldanov qeyd edib ki, o, bu təxribatı ilə erməni cəmiyyətində nüfuz qazana bilməyəcək: "Serj Sarkisyan Qarabağ davası ilə o hakimiyyətə gəlib. Qarabağ problemi erməni cəmiyyətini parçalayıb. Ermənistanda Qarabağın həllini tələb edən sağlam qüvvələr çoxalmaqdadır. Bu tələb təkcə əhalinin və əsgər analarının deyil, həm də erməni deputatların fikridir. Dağlıq Qarabağ problemi Ermənistanın iqtisadiyyatını pis vəziyyətə salıb. 
İnfrastrukturunu bərpa etmək üçün onların gücü yoxdur. Qarabağı ermənilərin özü belə tanıya bilmir. Bu problem Ermənistana heç nə verməyib. Əksinə, gözü yaşlı anaların sayı artıb. Silah almağa məcbur olan, aldığı krediti ödəyə bilməyən və müstəqilliyini Rusiyaya girov qoyan Ermənistan dövlətini Sarkisyan gələcək nəsillərə necə miras qoya biləcək. 

Bilirsiniz ki, Ermənistanda miqrant problemi mövcuddur. Sadaladığım bütün problemlər Sarkisyan hakimiyyəti ilə bağlıdır. Əgər Ermənistanda vəziyyət sabit olsaydı Qarabağda nisbi sakitlik haqqında proqnoz verə bilərdik. Ancaq seçki qabağı gərgin vəziyyət, hakimiyyətin getmə ehtimalı, müxalifətin möhkəmlənməsi Qarabağda vəziyyəti daha da gərginləşdirir”. 

Şair Ramaldanov vurğulayıb ki, Sarkisyan əhalinin fikrini sosial problemlərdən yayındırmaq üçün Qarabağ faktorundan istifadə edəcək:

"Son zamanlar Ermənistanın dövlət nümayəndələri işğal olunmuş ərazilərə gəlirlər. Əlbəttə, onların gəlişi xeyirli deyil. Ermənistanda vəziyyət gərginləşdikcə Qarabağa da öz təsirini göstərir. Aprel hadisələrində itirilmiş torpaqları yenidən işğal etmək üçün onların təxribatlara əl atmaqları gözləniləndir. Əlbəttə ki, bu da müharibənin aktivləşməsinə səbəb olacaq. Biz bu təxribatları gözləyirik. Ona görə də Azərbaycan silahlı qüvvələri daim ayıq-sayıqdır. Düşmənə layiqli cavab veriləcək. Əgər böyük miqyaslı təxribat olarsa bunun qarşısını almaqla kifayətlənməyəcəyik, əks hücuma keçərək Qarabağı işğaldan azad etmə addımlarını ata bilərik. Bununla da Azərbaycan ordusu işğal olduğu torpaqları güc yolu ilə ermənilərdən azad etməyə başlayacaq. Hesab edirəm ki, Sarkisyan öz hakimiyyətini saxlamaq üçün hər cür varianta əl ata bilər. Azərbaycan silahlı qüvvələri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Hesab edirəm ki, erməni tərəfi yenə də təxribata əl atsa ola bilsin ki, bunun sonunu qoyaraq Qarabağı işğaldan azad edəcəyik”.

İcmal.Az

RƏYLƏR